Nüvə silahı qərb sərhədində yerləşdiriləcək – Səfirdən şok

Nüvə silahı qərb sərhədində yerləşdiriləcək – Səfirdən şok

Belarusdakı taktiki nüvə silahları ittifaq dövlətinin (Rusiya və Belarus) qərb sərhədlərinə daha yaxın yerləşdiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Minskdəki səfiri Boris Qrızlov deyib.

Diplomat xatırladıb ki, iyulun 1-dək ölkədə bu tip silahlar üçün anbar hazırlanacaq.

“O (nüvə silahı. – red.) bizim birlik dövlətimizin qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq”, – Qrızlov vurğulayıb.

Teqlər: