Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsi Avropa təhlükəsizliyini təhdid edən əsas amil deyil.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Əsas təhdid NATO-nun yeni qüvvələrinin Belarus sərhədi yaxınlığında yerləşdirilməsidir. Alyansın Şimali Avropada daha da genişlənməsi məsuliyyətsiz eskalasiyadır və Avropanın təhlükəsizliyini təhdid edən əsas amildir”, – məlumatda deyilib.