2022-ci il üçün dünyanın nüvə gücləri siyahısına 9 dövlət daxildir.
AzerTimes xəbər verir ki, bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmasına əsaslanır.
Beləliklə, dünyanın nüvə gücünə malik ölkələrin siyahısını və malik olduqları nüvə başlıqlarının sayını açıqlayırıq:
1. Rusiya – 7000 ədəd
2. ABŞ – 6800 ədəd
3. Fransa – 300 ədəd
4. Çin – 270 ədəd
5. Böyük Britaniya – 215 ədəd
6. Pakistan – 140 ədəd
7. Hindistan – 130 ədəd
8. İsrail – 90 ədəd
9. Şimali Koreya – 30 ədəd
Bundan başqa, nüvə başlıqlarına sahib olub, lakin sonradan ondan imtina edən dövlətlər də var.
1979-cu ildə nüvə başlıqlarına sahib olan Cənubi Afrika Respublikası (CAR) cəmi 10 il sonra ondan imtina etdi. Bununla da CAR dünyada nüvə silahından imtina edən ilk dövlət kimi tarixə düşdü.
SSRİ dağıldıqdan sonra 3 ölkə – Qazaxıstan, Ukrayna və Belarus da öz nüvə başlıqlarından imtina edərək onu Rusiyaya verdilər.
Uzun illər öncə Əlcəzair, Argentina, Braziliya, Cənubi Koreya, Liviya, Suriya, Misir, İspaniya, Meksika, Rumıniya, Tayvan, İsveç və Səudiyyə Ərəbistanı kimi ölkələrdə nüvə başlıqlarının olması barədə söz-söhbətlər gəzib. Lakin bunlar elə söz-söhbət olaraq da qalıb, bu ölkələrin heç birində nüvə başlıqlarının olması sübuta yetirilməyib.
Son illər isə yalnız iki dövlət – Myanma və İran nüvə silahının yaradılması ilə bağlı fəaliyyətlər aparırlar.