Amerika birləşmiş ştatlarının rəsmiləri bildirib ki, Rusiya nüvə silahı ilə Ukraynanı vursa, Vaşinqton bütün hərbi arsenalını Moskvaya tərəf yönəldəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalının efirində rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.
“Vaşinqton elə danışır ki, elə bil qutunun içində oturub. Onlar düşünmür ki, biz strateji nüvə silahını işə salmaq niyyətində olsaq, elə birinci Amerikanın özünü vurarıq? Bununla paralel Donald Tramp əməlli-başlı analiz qabiliyyətinə malik birisi kimi özünü göstərə bildi. Onun Rusiya ilə bağlı ritorikası Ag Evin siyasətindən tam olaraq fərqlənir. Amma Bayden özünü dəli kimi aparır. Bu insanın əlinin altında isə “qırmızı düymə” var. Görün, dünyanın taleyi kimin əlindədir”, – deyə o qeyd edib.