Hazırda dünya heç vaxt olmadığı qədər nüvə fəlakətinə yaxındır.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev deyib.
“Biz nüvə fəlakətinə heç vaxt olmadığı qədər yaxınıq. Bu cür geriləmə məni xüsusilə narahat edir, çünki ölkəmiz nüvə tərksilahı işinə böyük töhfə verib. Qlobal səviyyədə siyasi iradə olmadan bu sahədə nəzərəçarpacaq irəliləyişə nail olmaq demək olar ki, mümkün deyil”, – Nazarbayev “Astana Klubu”nun iclasında bildirib.