Nüvə dövlətlərinin qarantlar sırasına daxil olması Ukrayna üçün
vacibdir.
Trend “UNİAN”a istinadla xəbər verir ki, bunu Rusiya ilə
danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya
bildirib.
Onun sözlərinə görə, Ukrayna bununla bağlı diplomatik kanallar
vasitəsi ilə Çinlə danışıqlar aparır.
“Ukrayna Çinlə diplomatik kanallar vasitəsilə danışıqlar aparır.
Onlar hələ ən az hazırlıq mərhələsindədirlər, lakin rəsmi Kiyev
Çinin qarantlar sırasına daxil olacağını gözləyir”, – D.Araxamiya
vurğulayıb.