Nurməhəmmədovun yetirməsi də öldürüldü

Nurməhəmmədovun yetirməsi də öldürüldü

Dağıstanda antiterror əməliyyatı nəticəsində öldürülən terrorçulardan biri keçmiş MMA döyüşçüsü Hacımurad Kaqirov imiş.

AzerTimes xəbər verir ki, bu barədə Dağıstan Teleqram kanalları məlumat yayıb.

Dağıstanın Serqokalinski rayonunda anadan olan Kaqirov həm də sərbəst güləş üzrə idman ustası imiş.

28 yaşlı idmançı karyerası ərzində MMA-da 2 döyüş keçirib, hər ikisində də qalib gəlib.

O, məşhur idmançı Həbib Nurməhəmmədovun rəhbəri olduğu Abdulmanap Nurməhəmmədov adına əlbəyaxa döyüş məktəbinin yetirməsi olub.

Qeyd edək ki, iyunun 23-də Dağıstanda baş verən terror aktları nəticəsində 15-dən çox polis əməkdaşı öldürülüb. Antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.

Teqlər: