Əfsanəvi rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun adına olan “Mersedes Benz AMG-GT” markalı avromobil 16 milyon rubla təcili satışa çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, idmançı 2022-ci ildə həmin avtomobili öz pərəstişkarına satsa da, alıcı sənəd problemi səbəbindən onu adına keçirə bilməyib. Və həmin vaxtdan da avtomobil qarajda qalıb.
Bildirilib ki, iyulun 5-də Rusiyanın Federal Vergi Xidməti ödəmədiyi vergilərə görə Nurməhəmmədovun hesablarına həbs qoyub. İcraçıların avtomobili də alacaqlarından qorxan sahibi öncə 20, daha sonra 16 milyon rubla satışa çıxarıb.
O, hətta avtomobili Maxaçqalada 3 otaqlı və ya Moskvada 1 otaqlı evə də dəyişdirməyə razı olduğunu deyib.