Nuriyev Türk Dövlətlərinin Banklar Şurasında vəzifə aldı

Nuriyev Türk Dövlətlərinin Banklar Şurasında vəzifə aldı

Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının ilk iclası keçirilib.

AzerTimes xəbər verir ki, iclasda Türkiyə Banklar Birliyi idarə heyətinin sədri, Ziraat Bankın baş icraçı direktoru və idarə heyətinin üzvü Alpaslan Çakar Şuranın prezidenti, Azərbaycan Banklar Asossiasiyasının prezidenti Zakir Nuriyev vitse-prezidenti seçilib. İcraçı katibi olaraq isə Türkiyə Banklar Birliyinin baş katibi Əkrəm Kəskin təyin edilib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası 4 noyabr 2022-ci il tarixində, İstanbul şəhərində yaradılıb.

Teqlər: