Nuridə Allahyarova yeni vəzifəyə təyinat alıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidmətinə yeni sözçü təyin olunub.

Trend xəbər verir ki,
Nuridə Allahyarova bu gündən etibarən fəaliyyətini Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun
müdiri kimi davam etdirəcək.

Qeyd edək ki, N.Allahyarova bu təyinatadək Bakı Dövlət
Universiteti, Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), Prezident
yanında Dövlət İdarəçilik Akademiyası, Binəqədi Rayon İcra
Hakimiyyəti, “BakuBus” MMC, Bakı Nəqliyyat Agentliyi, ATV, Space,
Dövlət Avtomobil Nəqliyyatı Xidmətində müxtəlif vəzifələrdə
çalışıb.

Teqlər: