Nur-Sultanda sakinlər ictimai asayişin mühafizəsi üçün xalq dəstələri yaradır

Qazaxıstanın paytaxtı Nur-Sultanda sakinlər ictimai asayişin mühafizəsində polisə kömək məqsədilə xalq dəstələri yaradır.

Trend bu barədə Qazaxıstan KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, hazırda bu cür dəstələrin tərkibində 500-ə yaxın sakin toplanıb.


Xalq dəstələrində idmançılar, həkimlər, sahibkarlar, müəllimlər və digər könüllülər yer alır.

Xatırladaq ki, yanvarın 2-də Qazaxıstanın bir neçə şəhərində etiraz aksiyası başlayıb. Aksiyalar daha sonra iğtişaşlara çevrilib.