Nur-Sultanda Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı ölü tapılıb

Qazaxıstanın paytaxtı Nur-Sultanda Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı, polkovnik Azamat İbrayev ölü tapılıb.

Trend-in məlumatına görə, bu barədə Komitə bildirib.

Onun meyitinin bu gün səhər saatlarında öz evinin həyətində aşkar edildiyi bildirilir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Qeyd edək ki, bu gün, həmçinin Jambıl vilayətinin polis rəisi də ölü tapılmışdı. Onun intihar etdiyi ehtimal olunur.