“Nur” şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub

Xəbər - Çingiz Səfərli – Trend:

Mingəçevir şəhəri, A.Şaiq küçəsində fəaliyyət göstərən fiziki şəxs Kərimov İkrəm Balakişi oğluna məxsus “Nur” şadlıq sarayına keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bununla bağlı AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.


Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Twitter: @cingizsafarli

Teqlər: