Numeada etirazçılar Azərbaycan bayrağı qaldırdı – Foto

Numeada etirazçılar Azərbaycan bayrağı qaldırdı – Foto

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib.

AzerTimes xəbər verir ki, Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında cəmi 3 bayraq qaldırılıb ki, bunlardan biri də Azərbaycan bayrağıdır. Aksiya iştirakçıları Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancıblar.

Bundan başqa, aksiyada BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb.

Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyanın iştirakçıları Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər.

Aksiyaya 10 minədək etirazçı qatılıb.

Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransanın işğal etdiyi Dənizaşırı ərazilərin kolonializmdən azad olmasına yaxından dəstək verir.

2023-cü il iyulun 6-da Bakıda Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısında Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələri də iştirak edib.

Müzakirələr zamanı Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığı və aktuallığı təsdiqlənib.

Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələri Fransanın xaricdəki müstəmləkələrində vəziyyətin icmalını təqdim edib, ədalət və azadlıq uğrunda apardıqları mübarizədə həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.

Onlar müstəmləkə altında olan xalqlara verdiyi dəstəyə görə Azərbaycana təşəkkür ediblər.

İştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlib, sonda yekun bəyannamə qəbul edilib.

Bu il sentyabrın sentyabrın 22-də isə ABŞ-ın Nyu York şəhərində BMT-nin Baş qərargahında BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində dənizaşırı ölkə nümayəndələrinin “Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab” adlı konfransı təşkil edilib. Konfransda Fransanın müstəmləkəçilik siyasəti, insan azadlığı, ölkələrin müstəqilliyi əleyhinə addımları diqqətə çatdırılıb.

Əlavə edək ki, Bakı Təşəbbüs Qrupu çərçivəsində müxtəlif səviyyədə tədbirlər davam etdirilir.

Son olaraq bu il noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfrans təşkil edilib.

Teqlər: