Respublikaçılar Partiyasının Luiziana ştatından olan nümayəndəsi Mayk Conson Nümayəndələr Palatasının yeni sədri seçilib.
AzerTimes xəbər verir ki, Conson qalib gəlmək üçün 220 səs toplayıb.
Qeyd edək ki, o, sabiq prezident Donald Trampın qatı tərəfdarı hesab olunur.
Xatırladaq ki, oktyabrın 3-də Nümayəndələr Palatasında əksəriyyət Kevin Makkartinin spiker postundan uzaqlaşdırılmasını dəstəkləyib.