Qaraqalpaq Muxtar Respublikasının mərkəzi şəhəri Nukusda 1-2 iyul tarixlərində baş verən toqquşmalar zamanı 243 nəfər xəsarət alıb.
AzerTimes xəbər verir ki, bunu Özbəkistan Milli Qvardiyasının mətbuat katibi Davron Cumaniyazov deyib.
“Yaralılardan 94-ü xəstəxanalardadır. Ağır yaralılar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var”, – Cumaniyazov bildirib.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayev Nukusdakı iğtişaşlar zamanı ölən və yaralananların olduğunu demişdi.