Nüfuzlu reytinq təşkilatının informasiya bülletenində Qərbi Kaspi Universitetinin fəaliyyəti ilə bağlı məqalə yayımlanıb

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education təşkilatının informasiya bülletenində Qərbi Kaspi Universitetinin fəaliyyəti ilə bağlı məqalə yayımlanıb.

Materialda Qərbi Kaspi Universitetinin Azərbaycanın ilk özəl universitetlərindən və hazırda ölkənin ən qabaqcıl təhsil müəssisələrindən biri olması ilə bağlı məlumat verilir. Daha sonra Universitetin qısamüddətli kurslar və sertifikat proqramları vasitəsilə ömürboyu təhsili necə dəstəklədiyi ilə bağlı universitetin rektoru, professor Andris Leitasla və koronavirus pandemiyasının təhsil sektorunda yaratdığı çətinliklər, yeni çağırışlarla bağlı universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırovla müsahibələr yerləşdirilib. Eyni zamanda professor H.Bağırovun “Dayanıqlı İnkişafın Azərbaycan modeli” mövzusunda məqaləsi də bülletenə daxil edilib.

Bülleten 15 minədək universitet nümayəndəsinə elektron olaraq çatdırılıb.

https://www.timeshighereducation.com/hub/p/supporting-lifelong-learning-microcredentials?mc_cid=b1c168d77f&mc_eid=d5ea85e091&fbclid=IwAR24sbsWFvgEjidzONYy8MFAujcoQkTHBo6Xy3AjHXdUKJxO17zrmkIAw_I


Teqlər: