Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer xərçəng xəstəliyinə tutulduğunu ilk dəfə etiraf edib.
AzerTimes xəbər verir ki, 36 yaşlı qolkiper üzündəki dəri xərçəngi ilə bağlı 3 dəfə əməliyyat oluduğunu bildirib.
Onun mümkün xəstəliyi ilə bağlı fərziyyələr 2021-ci ilin dekabrında, üzündə nəzərə çarpan ləkənin əmələ gəlməsi ilə başlayıb.
Qeyd edək ki, bir müddətdir çiynindəki zədədən əziyyət çəkən Noyer artıq sağalıb və böyük ehtimalla, Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək.