Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barel olub.
Energetika Nazirliyindən AzerTimes-a bildirilib ki, bunun 550 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda ölkədə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılması nəzərdə tutulurdu.