Noyabr ayında KTM-ə 49 nəfər zəhərlənmə ilə daxil olub, 3 nəfər ölüb

Xəbər - Samir Əli – Trend:

Noyabr ayının 1-dən bu günədək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 49 nəfər zəhərlənmə ilə bağlı müraciət edib.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu AzerTimes-a açıqlamasında bildirib ki, müraciət edənlərin 12-si qidadan, 10-u dərmandan, 10-u sirkə turşusundan, 8-i göbələkdən, 8-i dəm qazından, 1-i isə spirtli içkidən zəhərlənib.

“Zəhərlənənlərdən 3 nəfər dünyasını dəyişib. Onlardan biri pomidor turşusundan, biri spirtli içkidən, digəri isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Mərkəzə daxil olub” – deyə o bildirib

Teqlər: