Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə
əlaqədar 12-19 mart tarixlərində “Kənddən şəhərə” yarmarkaları
təşkil olunub.
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin
nümayəndəsi Qalib Bəhramov
Trend-ə bildirib ki, hava şəraitinin yağmurlu olmasına
baxmayaraq insanların alıcılıq qabiliyyəti yüksəkdir.
“Yarmarkaların sabah son günüdür. Yarmarkalar sabah səhər saat
9.00-dan axşam saat 19.00-a qədər davam edəcək. “Kənddən şəhərə”
Novruz yarmarkalarında 50-ə yaxın regiondan 100-dən artıq fermer
50-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını
həyata keçirir. Satışa çıxarılan məhsulların qiyməti fermerlər
tərəfindən müəyyən olunur. Yarmarkada əsas üstünlük çərəz
məhsullarına verilib. Bu məhsullara tələbat daha çoxdur. Alıcılıq
qabiliyyəti yüksəkdir”, – deyə Q.Bəhramov bildirib.
Yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini
təqdim edirik:
düyü 2-5 manat,
səməni 1-18 manat,
ləpə fındıq 11-16 manat,
sarı kişmiş 6-14 manat,
qara kişmiş 8-15 manat,
qaysı 9,5-17 manat,
kənd toyuğu 3-10 manat,
dana əti 9,50 manat,
qaz əti 10 manat,
hinduşka 13-15 manat
Qeyd edək ki, “Kənddən şəhərə” Novruz yarmarkası aşağıdakı
ünvanlarda fəaliyyət göstərir:
– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro
stansiyasının çıxışı)
– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab”
kinoteatrının yanı)
– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A