Baharın, dirçəlişin, firavanlığın, həyat və əmin-amanlığın rəmzi
olan gözəl Novruz bayramı münasibətilə qardaş Azərbaycan xalqını
təbrik edirəm!
Trend xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri
Vladislav Kanevksi rəsmi “Facebook” səhifəsində yazıb.
“Ukraynaya yaz əvəzinə müharibə gəlsə də, əziz azərbaycanlılar,
əminəm ki, biz ailə rahatlığının, sizin kimi əsl dostlarla səmimi
və şən görüşlərin xoşbəxtliyini yenidən hiss etmək üçün bu zülməti
dəf edəcəyik!
Novruz Bayramınız Mübarək!”, – V. Kanevski bildirib.