Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük
sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən
rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin
təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna
daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 23, 24, 25
mart tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Bunu AzerTimes-a Dövlət Gömrük Komitəsindən bildiriblər.
Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları
hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və
nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə
bilər.