Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri Novruz bayramı ərəfəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş əməkdaşların ailələri ilə görüşüblər. Onlar şəhid ailələrinin qayğıları ilə maraqlanıblar.

Nazirlikdən AzerTimes-a bildirilib ki, görüşdə şəhidlik zirvəsinə ucalmış nazirlik əməkdaşları haqqında xoş təəssüratlar bölüşülüb, onların müharibədəki igidlik və şücaətlərindən danışılıb. Qeyd olunub ki, hər bir şəhidimiz xalqımızın qəlbində əbədi yaşayacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri Vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını da ziyarət ediblər.

Həmçinin müharibədə yaralanan və ailələrində yaralı olan əməkdaşlara da baş çəkilib. Onlar səhhətlərində yaranan problemlərlə əlaqədar müayinədən keçirilib, müalicə və əməliyyata ehtiyacı olanlar müəyyən edilib. Yaralıların müalicəsi üçün zəruri tədbirlər görülməkdədir.


Novruz bayramı ilə əlaqədar ailələrə bayram sovqatı və maddi yardım təqdim olunub.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və onun tabeli qurumları, həmçinin həmkarlar təşkilatı şəhid ailələri, müharibə veteranları və Vətənin müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxsləri daim diqqətə saxlayır.

Teqlər: