Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) “İrAero” aviaşirkətinə bir sıra şəhərlərdən, o cümlədən Omskdan Bakıya uçuşlara icazə verib.
AzerTimes xəbər verir ki, bu barədə idarənin rəsmi saytında məlumat yayılıb.
Məlumata əsasən, aviaşirkət Azərbaycanın paytaxtına həftədə 3 dəfə uçuşlar həyata keçirməyi planlaşdırır. Hazırda isə bu aviadaşıyıcı Omskdan uçuşlar həyata keçirmir.
“İrAero” Novosibirskdən Bakıya uçuşlar üçün də icazə alıb. Novosibirskdən uçuşlar həftədə 2 dəfə – cümə və bazar günləri, Bakıdan isə çərşənbə və şənbə günləri həyata keçiriləcək.