Növbəti tibbi yardım briqadası Xankəndiyə yola düşdü

Növbəti tibbi yardım briqadası Xankəndiyə yola düşdü

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb.

AzerTimes xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilib Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Qeyd edək ki, lokal xarakterli antiterror əməliyyatından sonra, Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədi ilə, yanacaq, ərzaq və digər təminatlarla yanaşı, əhalinin zəruri Tibbi ehtiyaclarının ödənilməsi işlərində diqqətdə saxlanılır. 30 sentyabr tarixində yola salınan təcili tibbi yardım briqdasının göndərilməsidə bu məqsədlə həyata keçirilib.

Teqlər: