“Azimut” şirkətinə məxsus SSJ-100 “Superjet” təyyarəsi Mineralnıye Vodı hava limanında məcburi eniş edib.
AzerTimes xəbər evrir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, dekabrın 1-də səhər saatlarında SSJ-100 Mineralnıye Vodı-Soçi reysi ilə havaya qalxıb. Təyyarədə 101 sərnişin və 4 heyət üzvü olub. Bir müddət sonra təyyarə geri qayıtmağa məcbur olub.
İlkin səbəb yanacaq filtrinin nasazlıq sensorunun işə düşməsi göstərilir.
Qeyd edək ki, bir müddət öncə də “Superjet” sərnişin təyyarəsi Antalya hava limanına enən zaman alovlanmışdı.