Rusiya Aerokosmik Qüvvələrinin Su-35S təyyarəsinin rusiyalı pilotu Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın MQ-9 kəşfiyyat-hücum pilotsuz təyyarəsi ilə toqquşmanın qarşısını alıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Müharibə Tərəflərinin Barışıq Mərkəzi rəhbərinin müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk məlumat verib.
“Xüms əyalətində koalisiyaya məxsus MQ-9 kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı ilə Suriyanın cənub sərhədi boyunca planlı uçuş həyata keçirən Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-35S təyyarəsi arasında toqquşma ola bilərdi. Rusiyalı pilot peşəkarlıq nümayiş etdirərək toqquşmanın qarşısını almaq üçün lazımi tədbir görüb”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus “Boinq P-8 P-8 Poseydon” təyyarəsinin Rusiya Hərbi Hava Qüvvələrinin Aralıq dənizinin şərq hissəsində olan Su-35-ə təyyarəsinə təhlükəli şəkildə yaxınlaşdığı bildirilmişdi.