Ukraynaya yardımla bağlı “Ramşteyn” bazasındakı görüş sentyabrın 19-da baş tutacaq.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
“ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna üzrə təmas qrupunu “Ramşteyn” bazasında növbəti toplantıya dəvət edib”, – məlumatda qeyd olunub.
Məlumata görə, əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də görüşə NATO üzvü olmayan ölkələr də dəvət edilib.