Xəbər - Samir Əli – Trend:
Növbəti illərdə şagird sayında azalmalar ola bilər.
AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, Bakı şəhəri üzrə vakansiyalar iş yerlərinin sayı ilə bağlıdır. Müəllimlər adətən 23-25 yaşlarında işə başlayırlar. Pensiya yaşına qədər davam edirlər. Bir şəxs eyni iş yerində 30-40 il işləyir. Belə olanda vakant yer olmur:
“Bu gün Bakıda biologiya fənni üzrə 995, fizika fənni üzrə 890, coğrafiya üzrə 894, kimya üzrə 673, ibtidai təhsil səviyyəsi üzrə 5 879, Azərbaycan dili və ədəbiyyatı üzrə 2 979, riyaziyyat üzrə isə 2 521 müəllim çalışır.
Bu yerlərin 1/40-i vakansiyaya çıxa bilər. Şagirdlərin sayı da vakant yerlərə təsir edə bilər. Son illərdə şagird sayında artım müşahidə edilirdi. Amma növbəti illərdə azalma olacaq. Uşaqların sayının azalması şagird sıxlığına, yeni siniflərin açılmasına təsir edəcək. Müəllimlərin iş yerlərində saxlanılması və ixtisar edilməməsi əsas prioritetdir”.