Növbəti dəfə İrəvanla Bakı üz-üzə qalacaq – Markov

Növbəti dəfə İrəvanla Bakı üz-üzə qalacaq – Markov

Qarabağda gərginlik artır. Azərbaycan çox narazıdır ki, Ruben Vardanyan Qarabağın erməni icmasına rəhbərliyə gətirilən kimi dərhal Qarabağ ərazisində qızıl mədəninin istismarı ilə pul qazanmağa başlayıb.

Bu fikirləri AzerTimes-a tanınmış rusiyalı politoloq Sergey Markov deyib.

“O, Bakının, BMT-nin və Moskvanın da Azərbaycan sərvəti hesab etdiyi bu qızılları özününkü bilir. Vardanyan gecə yük maşınlarında qızıl filizlərini Qarabağdan çıxarır. Bu iş, əlbəttə ki, İsveçrədən bir şirkət üçün rəsmiləşdirilmişdir. Ancaq hamıya aydındır ki, Vardanyan indi orada hər kəsə rəhbərlik edir.

Bu əsasda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağdan Ermənistana gedən yolu bağlayıb (Qarabağdan Ermənistana gedən yol bağlanmayıb – red.). Və bu, Ermənistan ilə Qarabağ arasında yeganə yoldur.

Hələlik məsələ həllini tapıb. Ancaq vəziyyət belə davam edərsə, növbəti gərginlik tez bir zamanda təkrarlanacaq. Və bu dəfə rus general da işi çözə bilməyəcək. İrəvan Bakı ilə üz-üzə qalacaq”, – deyə o qeyd edib.

Teqlər: