Növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulub – Mərkəzi Bank (FOTO)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.

“Azərbaycanda nağdsız ödənişlər ilk dəfə 30 faizə çatıb və biz bu göstəricini artırmaqda davam edəcəyik. Təmassız ödənişlər üç dəfə, tranzaksiyalar altı dəfə artıb. Bundan başqa, Azərbaycanda “Apple Pay” işə salınıb ki, bu da təmassız ödənişlərin artımına gətirib çıxaracaq. Azərbaycanda həm də maliyyə texnologiyalarının dəstəklənməsi üçün baza hazırlanır, AMB sahibkarlıq və bankçılıq risklərinin azaldılması, eləcə də cəmiyyətin rəqəmsal həllər barədə məlumatlandırılması proqramını hazırlayır. Biz “MasterCard”la birgə həm hökumət səviyyəsində, həm də bank tərəfdaşlığı səviyyəsində iri layihələr reallaşdırırıq”, – deyə o, bildirib.


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: