Növbəti 20 ildə Xəzər regionunda neft hasilatı azalacaq – OPEC

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan 2025-2045-ci illərdə Xəzər regionunda neft hasilatının azalmasının drayverlərindən biri olacaq.

Trend-in məlumatına görə, bu barədə OPEC-in hesabatında deyilir.

Qeyd olunur ki, hasilatın azalması Rusiya və Xəzər regionunda müşahidə olunacaq:

“2025-2045-ci illərdə hasilat həcmi təxminən 0,5 milyon barel/sutka azala bilər. Bu, əsasən Rusiyada və Azərbaycanda hasilatın azalması ilə bağlı olacaq. Eyni zamanda, bu müddət ərzində Qazaxıstanda neft hasilatının cüzi artımı gözlənilir”.

Hesabata əsasən, 2025-2045-ci illərdə bir sıra regionlarda, o cümlədən ABŞ və Kanadada, Avropa və Asiya-Sakit okean regionunda hasilatın mühüm azalması gözlənilir ki, bu da əsasən, təbii azalma ilə əlaqədar olacaq. Bununla yanaşı, bu azalmanın Yaxın Şərq və Latın Amerikasında təklifin artması ilə kompensasiya olunması gözlənilir.

OPEC-in proqnozlarına əsasən, 2045-ci ildə hasilatın ümumi həcmi 2025-ci illə müqayisədə təxminən 2 milyon barel/sutka az olacaq.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: