ABŞ-ın “Novavax” şirkətinin koronavirusa qarşı istehsal etdiyi peyvənd Böyük Britaniyada keçirilən sınaqların üçüncü fazasında 96,4 faiz effektivlik göstərib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Novavax” şirkətinin açıqlamasında deyilir.
Açıqlamada bildirilir: “Novavax” …> bu gün elan edib ki, COVID-19-un ilk variantının səbəb olduğu yüngül, orta və ağır xəstəliklərə qarşı şirkətin peyvəndinin yekun effektivliyi Böyük Britaniyada keçirilən sınaqların üçüncü fazasında 96,4 faiz təşkil edib”.
Qeyd edilir ki, sınaqlarda 18-84 yaş arası 15 mindən artıq insan iştirak edib. Onlardan 27 faizinin yaşı 65-dən yuxarı olub. Peyvəndin koronavirusun Böyük Britaniyada aşkarlanan ştammına qarşı effektibliyi 86,3 faiz təşkil edib.
Sınaqların aralıq mərhələsi CAR-da keçirilib. Bu sınaqlarda təxminən 3 min nəfər iştirak edib, peyvəndin “CAR” ştammına qarşı effektivliyi 55,4 faiz olub.
Vurğulanıb ki, hər iki ölkədə peyvənd 100 faiz effektivliklə xəstəliyin ağır forması və ölüm hallarının qarşısını alıb.