İlin sonuna kimi neft qiymətləri 150 dolları ötə bilər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
“Neft qiymətinin ilin sonuna kimi 150 dollar, bəlkə də daha yüksək olacağını istisna etmirəm. Hər şey Avropada logistik vəziyyətlə bağlı olacaq, orada bununla bağlı problemlər var”, – deyə Novak bildirib.