Serbiyalı tennisçi Novak Cokoviç “Uimbldon” Böyük dəbilqə turnrinin yarımfinalında kanadalı Denis Şapovalov məğlub edib.
AzerTimes-ın məlumatına görə, turnir İngiltərənin London şəhərində keçirilir.
N.Cokoviç 2 saat 45 dəqiqə keçirilən görüşdə 7:6 (7:3), 7:5, 7:5 hesabı ilə qalıb olub.
N.Cokoviç Tennis Peşəkarları Birliyinin (ATP) reytinqində birinci, D.Şapovalov – 12-ci yerdədir.
İyulun 11-də keçiriləcək finalda serbiyalı tennisçi italiyalı Matteo Berrettiniyə qarşı oynayacaq.