Novak Cokoviç karyerasında 38-ci “ATP Masters” titulunu qazanıb

Serbiyalı tennisçi Novak Cokoviç Romada başa çatan “ATP Masters”
turnirinin final görüşündə yunanıstanlı Stefanos Tsitsipasa qalib
gəlib.

AzerTimes-ın
məlumatına görə, N.Cokoviç 6:0, 7:6 (7:5) hesabı ilə qalib gəlib.
Görüş 1 saat 38 dəqiqə davam edib.

34 yaşlı N.Cokoviç Peşəkar Tennis Assosiasiyasının (ATP)
reytinqinə başçılıq edir, S.Tsitsipas isə beşincidir.

N.Cokoviç “ATP Masters” seriyasının ən titullu iştirakçısıdır –
o, bu seriya turnirlərin 38 qat qalibi oldu.

Teqlər: