Rusiya hasilatı azaltmalı olsa belə, Aİ-nin qiymət şərtləri ilə neft satmayacaq.
AzerTimes xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
“Biz hasilatı bir qədər azaltmalı olsaq da, neft və neft məhsullarını bazar şərtləri ilə bizimlə işləyəcək ölkələrə satacağıq”, – deyə o əlavə edib.
Baş nazirin müavini vurğulayıb ki, Avropa İttifaqının qiymət həddi məsələsində Rusiyanın mövqeyi dəyişməz olaraq qalır. Onun sözlərinə görə, bu, səmərəsiz olmaqla yanaşı, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına da ziddir.
Qeyd edək ki, Aİ-yə üzv dövlətlərin səfirləri Rusiyadan dəniz yolu ilə tədarük edilən neftə qiymət həddi ilə bağlı rəsmi razılığa gəlib. Rusiya neftinin qiyməti 1 barel üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edilib.