Nova Credit əhalini diqqətli olmağa çağırır

Nova Credit əhalini diqqətli olmağa çağırır

Nova kredit Bank Olmayan Kredit Təşkilatı MMC adına açılan saxta saytlar və sosial şəbəkə səhifələri barədə xəbərdar edir.

Belə ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə Nova Credit BOKT MMC-nin Feysbuk, İnstaqram və digər sosial şəbəkələrdə rəsmi səhifəsinə oxşar profillər yaradır. Onların hədəfi onlayn səhifələrdə məsafədən istehlak krediti əldə etmək istəyən vətəndaşlardır. Kiberdələduzlar kredit təşkilatının nümayəndəsi qismində saxta Vatsapnömrələrindən bu vətəndaşlara yazaraq əlverişli şərtlərlə kredit təklif edir və müvafiq təhlildən sonra krediti əldə etmək üçün müştəridən kreditin xidmət komissiyası adı ilə onlara kartdan karta və ya müvafiq veb ünvan göndərməklə kart köçürməsi edilməsini tələb edirlər. Məbləğ karta köçürüləndən sonra, saxta səhifələrdə qeyd edilmiş mobil telefonla artıq əlaqə qurmaq mümkün olmur.

Vətəndaşları inandırmaq üçün kiberdələduzlar Nova Credit BOKT MMC-nin adından saxta sənədlər, vergi orqanlarında qeydiyyatda olmaları barədə ictimayyətə açıq məlumatlardan istifadə edərək, müştərilərə müvafiq məlumatlar təqdim edirlər.

Nova Credit BOKT MMC bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin kredit təşkilatının rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.

Nova Credit Bank Olmayan Kredit Təşkilatı MMC-nin rəsmi səhifələri aşağıdakılardır:

İnternet saytı

Feysbuk səhifəsi

İnstaqram səhifəsi

Yutub səhifəsi

Əlavə olaraq bildirilir ki, internet saytı və sosial şəbəkələr üzərindən onlayn kreditlərin verilməsi üçün qarşı tərəfdən əvvəlcədən hər hansı xidmət haqqının tələb olunması hazırda nəzərdə tutulmayıb.

Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə info@novacredit.az elektron poçt ünvanı vasitəsilə Nova Credit Bank Olmayan Kredit Təşkilatı MMC-yə məlumat vermələri xahiş olunur.

Teqlər: