ABŞ-ın Los-Anceles şəhərindən Almaniyanın Frankfurt şəhərinə uçan təyyarə sərnişinlərdən birinin noutbukunun alışması səbəbindən məcburi eniş edib.
AzerTimes xəbər verir ki, bu barədə “ABC 7” telekanalı məlumat yayıb.
Təyyarə Çikaqonun hava limanına planlaşdırılmamış eniş edib. Hava gəmisi eniş edərkən artıq yanğın söndürülüb. Tüstüdən zəhərlənənlərin olduğu bildirilib.