Notr-Dam kilsəsi nə vaxt açılacaq?

Notr-Dam kilsəsi nə vaxt açılacaq?

Paris Notr-Dam kilsəsi 2024-cü ildə ictimaiyyət üçün yenidən açılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Rima Abdul Malak məlumat verib.

850 milyon avroya başa gələn kilsənin bərpası üç mərhələdən ibarətdir. Artıq daxili hissənin zibildən təmizlənməsi və binanın dayanıqlığının birinci mərhələsi başa çatıb. Növbəti mərhələyə yayın sonunda başlanacağı gözlənilir.

Qeyd edək ki, Paris Notr-Dam kilsəsində 2019-cu ildə yanğın nəticəsində tarixi tikilinin hər iki qülləsi yanıb.

Teqlər: