Norveçli xizəkçi artıq çəkiyə görə Olimpiya oyunlarını buraxacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Norveçli xizəkçi, tramplindən tullanma üzrə Olimpiya çempionu Maren Lundbü Pekində keçiriləcək Qış Olimpiya oyunlarını buraxacağının bildirib.

Trend-in məlumatına görə, idmançı bu qərarı artıq çəki ilə izah edib.

İdmançı bildirib ki, Olimpiya oyunları üçün xüsusi olaraq çəki atmağı planlaşdırmır.

Qeyd edək ki, Maren Lundbü 2018-ci ildə tramplinlə tullanma üzrə Olimpiya çempionu olub. O, həmçinin iki dəfə dünya çempionu adını, üç dəfə də Dünya Kubokunun sahibi adını qazanıb.

Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Çinin paytaxtı Pekində keçiriləcək.

Teqlər: