Xəbər - Orxan Nəbiyev – Trend:
Yonas Qar Störe Norveçin yeni baş naziri təyin olunub.
Trend-in məlumatına görə, bu barədə ölkə hökumətinin mətbuat xidməti bildirib.
Bu gün ərzində Norveçin yeni hökumətinin formalaşdırılacağı bildirilib.
Qeyd edək ki, Y.Qar Störenin rəhbəri olduğu İşçi partiyası sentyabrda keçirilmiş parlament seçkilərində qalib gəlmişdi.
Sabiq baş nazir Erna Sulberq bir neçə gün əvvəl istefa vermişdi.