Norveçdə təyyarə qəzaya uğrayıb, ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Norveçin cənubundakı Larvik şəhəri yaxınlığında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza zamanı təyyarədə üç nəfər olub. Onların həlak olduğu bildirilib.

Qeyd olunur ki, hazırda təyyarənin qalıqlarının və şəxslərin axtarışları aparılır.


Qəzanın təlim uçuşu zamanı baş verdiyi məlumat verilib.