İsveçin paytaxtı Stokholmda 4 nəfərin öldüyü, 15 nəfərin yaralandığı yük maşını terrorundan sonra, bu dəfə Norveçin paytaxtı Osloda qorxulu anlar yaşanıb.
Norveç polisi, dünən gecə saatlarında “Groenland” metro stansiyası yaxınlığındakı küçədə bir partlayıcı maddəni zərərsizləşdirib, bir nəfər şübhəlini isə saxlayıb. Partlayıcının tapılması ilə əlaqədar yaxınlıqdakı bar və restoranlar təxliyə edilib.
Polis, tapılan maddənin bombaya oxşadığını deyir.
Bir neçə gün əvvəl İsveçin paytaxtı Stokholmda terrorçunun qaçırdığı yük maşınını insanların üstünə sürməsi nəticəsində 4 nəfər ölmüş, 15 nəfər yaralanmışdı. Hücumda istifadə edilən yük maşınının içinə partlayıcı qurğu yerləşdirilmişdi. Hücumdan sonra İsveçdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qalxıb.