Norveçdə koronavirusun yeni ştammı (B.1.525) aşkarlanıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ötən sutka ərzində ölkədə yeni ştamma 10-a yaxın yoluxma halı qeydə alınıb.
Norveç Səhiyyə İnstitutunun şöbə müdiri Line Vold yeni ştammın daha yoluxucu olub-olmaması barədə məlumatın olmadığını bildirib.
Bildirilir ki, yeni ştammın Böyük Britaniya və Cənubi Afrikada aşkarlanan mutasiyalar ilə oxşarlığı var. Hazırkı dövrədək ölkədə “Britaniya” və Cənubi Afrika” ştammlarına 700-dən artıq yoluxma halı aşkarlanıb.
L.Vold qeyd edib ki, yeni mutasiya digərləri kimi müşahidə altında saxlanılacaq. Onun sözlərinə görə, yeni ştammın ölkəyə xaricdən gətirilib-gətirilməməsi barədə danışmaq üçün hələ tezdir.