Norveçdə hərbi təlim zamanı təyyarə qəzaya uğrayıb

ABŞ-ın “V-22 Osprey” konvertoplanı Norveçdə beynəlxalq “Cold
Response” hərbi təlim zamanı qəzaya uğrayıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “NRK” televiziya kanalı xilasedicilərə
istinadən bildirib.

Məlumata əsasən, göyərtəsində 4 nəfərin olduğu təyyarə Nurlann
quberniyasının Budö şəhərindən təlim uçuşu həyata keçirib. Plana
görə, o, yerli vaxtla saat 18:00 radələrində yerə enməli idi.
Təxminən üç saat sonra xilasetmə qrupu qəza yerini şəhərdən cənub
istiqamətində tapıb.

Hazırda təyyarənin ekipajının taleyi ilə bağlı məlumat
yoxdur.

Teqlər: