Norveç yığması Bakıda

Norveç yığması Bakıda

Norveç yığmasının baş məşqçisi Per – Matias Hoqmo Dünya Çempionatı 2018 -in seçmə mərhələsi oyunu üçün sabah təşkil olunmuş mətbuat konfransında bunu deyib:

– Azərbaycana məğlubiyyət sizin üçün faciə olacaq?

– Qalib gəlmək istəyirik. Azərbaycanla oynadığımız son oyunda hesab açılmamışdı. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq.

– Azərbaycanla Bakıda əvvəlki oyununuz “Bakcell Arena”da olmuşdu. İndi isə böyük stadionda qarşılaşacaqsınız.

– Stadion çox gözəldir. Xoşbəxtik ki, görüş bu cür gözəl stadionda olacaq. Ümid edirəm ki, son görüşdə olduğu kimi ot örtüyü rənglənməyəcək.

– Əvvəlki Azərbaycan yığması ilə indiki Azərbaycan arasında nə fərq var?

– Komandada inkişaf göz önündədir. İki ildir Robert Prosineçki komandaya məşqçilik edir. Heyətin əksəriyyəti “Qarabağ”ın üzvüdür. Onlar da Avropa Liqasında kifayət qədər təcrübə qazanıblar.

– Bakıya çarter reysi ilə gəlmisiniz və bu, yerli mətbuat tərəfindən müsbət qarşılanmayıb. Düşünmürsünüz ki, məğlub qayıtsanız, ölkənizdə sizin üçün işlər heç də yaxşı cərəyan etməyə bilər…

– Bu, mənim üçün yeni məlumatdır və sizdən eşidirəm. Ümid edirəm ki, həmin təyyarə Bakıdakı hava limanında bizi gözləyir.


Əvvəlki xəbər