Xəbər - İlhamə İsabalayeva – Trend:
Norveçin enerji şirkəti “Equinor” Azərbaycanda COVİD-19 pandemiyası zamanı səhiyyə işçiləri üçün yaradılmış rəqəmsal səhiyyə platformasının yenilənməsi üçün 25 000 ABŞ dolları məbləğində yatırım edib.
AzerTimes-ın məlumatına görə, bu barədə BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakassetti və “Equinor Apsheron AS”-nin ölkə üzrə rəhbəri Favad Quraişinin bugünkü görüşü zamanı elan edilib. Görüşdə Azərbaycanda dayanıqlı inkişafla bağlı irəliləyiş üçün gələcək əməkdaşlıq imkanları ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Onlayn platforma Səhiyyə Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hazırlanıb və ölkəyə pandemiya ilə mübarizədə dəstək olmaq məqsədi daşıyır.