Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Norveç Mühafizəkarlar Partiyasının həmtəsisçisi Sjur Lindebrekke mükafatına layiq görülüb.
AzerTimes xəbər verir ki, bu barədə Mixail Saakaşvili özünün Feysbuk səhifəsində yazıb.
“İnsan hüquqları və demokratiya uğrunda mübarizədə insan haqları və demokratiyanın ən yüksək səviyyəsinə malik ölkədən mükafat almaqdan şərəf duyuram”, – Saakaşvili bildirib.
Osloda keçirilən mükafatlandırma mərasimində keçmiş prezidenti anası Giuli Alasaniya və oğlu Nikoloz Saakaşvili iştirak edib.